Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər mediada Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının 3 aydır əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb. Qeyd olunur ki, hər hansı bir səbəb göstərilmədən maaşlar gecikdirilir.
DGK-nin sədri Şahin Bağırov “Gununsesi.info”-ya açıqlamasında bu barədə sualı cavablandırıb: “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.
“AzPolitika.info”