Gömrükdə alma yüklü TIRda külli miqdarda narkotik AŞKARLANDI

09.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

"Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib",- deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью