Gömrükdə gizlədilmiş aksiz markaları aşkar edildi

29.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində gömrük nəzarətindən gizlədilmiş 141 min 560 ədəd alkoqollu içkilər üçün aksiz markası aşkar edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью