Gömrükdə pirotexniki vasitələr aşkarlandı FOTO

08.12.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan istiqamətindən “Qırmız Körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan “kartof” yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью