Gömrükdə qaçaqmal kimi 140 ədəd telefon aşkar edildi

22.01.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən  bildirilib ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью