Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük sərhədindən qanunsuz yolla mal keçirilməsi cəhdinin qarşısını alıblar.
KONKRET.az xəbər verir ki, qanunsuzluq idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Türkiyədən ölkəmizə daxil olan yük avtomobilinə keçirilən baxış zamanı bəyan edilməmiş məhsullar ortaya çıxıb.
Nəqliyyat vasitəsinin qoşqu hissəsində mal müşayiət sənədlərində göstərilməyən, tibb sahəsində tətbiq edilən 10 adda müxtəlif növ 480 ədəd mal aşkar olunaraq götürülüb.
Hazırda baş vermiş faktla bağlı araşdırmalar davam etdirilir.