Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın Köln aeroportunun əməkdaşları ölkəyə qanunsuz olaraq 1500 tarantula keçirmək istəyən vyetnamlını saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, turist həşəratları peçenye qutularında gizlədilmiş.
Araşdırma zamanı məlum olub ki, hörümçəklər ölkəyə sifarişlə gətirib. Sifarişçi isə haqqında başqa maddələrlə cinayət işi açılmış almandır.
Yeri gəlmişkən, qutulardakı şəraitsizlik tarantulaların bir qisminin məhv olması ilə nəticələnib. Sağ qalanlar isə müsadirə edilib.
L.Tağıyeva