Gömrükdən dini kitab keçirmək istəyənlərə XƏBƏRDARLIQ

19.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dini təyinatlı mallar, audio və video materiallar, eləcə də dini məzmunlu digər məlumat materialları fiziki şəxslər tərəfindən gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirilə bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, bunun üçün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı tələb olunur. pizza sifarişi

Qeyd edilib ki, müvafiq qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2 nömrəli əlavəsində əksini tapıb.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью