Gömrükdən onlarla kərtənkələ keçirmək istədi, həbs olundu

31.08.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekvadorda gömrük xidmətinin əməkdaşları qeyri-qanuni yolla ölkədən 32 dəniz iquanasının çıxarılmasının qarşısını alıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Kito hava limanında baş verib.

Adı açıqlanmayan Rusiya vətəndaşının yükləri yoxlanılarkən oradan Qalapaqos adasından olan 32 kərtənkələ aşkarlanıb. Ona vəhşi heyvanların qanunsuz ticarəti ilə ittiham irəli sürülüb və dərhal həbs edilib. Qadının iquanaları necə əldə etdiyi və hara apardığı barədə məlumat verilmir.

Qeyd edək ki, dəniz iquanası okeanda üzən və suyun altında qidalanan yeganə kərtənkələ növüdür. Onlar yalnız Qalapaqos adalarında (Ekvador) yaşayırlar. Qara bazarda 1 dəniz iquanasının qiyməti 20-25 min ABŞ dolları arasında dəyişir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью