Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Məlum olduğu kimi, Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. Sammitdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edən qonaqları qarşılayıb.
“Qafqazinfo” xəbər verir ki, Ərdoğanın Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni qarşılaması və tərəflər arasındakı səmimi dialoq isə maraqla qarşılanıb.
Belə ki, AK rəhbərinə ingilis dilində müraciət edən Türkiyə Prezidenti “Good morning, maşallah. How are you?” (Sabahınız xeyir, maşallah. Necəsiniz?) deyərək salamlaşıb.
Lyayen isə cavabında yaxşı olduğunu bildirib və tərəflər arasında qısa dialoq baş tutub.
Həmin anın görüntülərini təqdim edirik: