Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məzmunun silinməməsinə görə ABŞ-nin “Google” şirkətini ümumilikdə 3,8 milyon rubl məbləğində cərimələyib.
Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilir ki, şirkət iki inzibati protokol üzrə təqsirli bilinib. Protokollar sayt sahibinin qanunvericiliyə uyğun olaraq qadağan edilmiş məlumatları və internet səhifələrini silməməsi ilə bağlıdır.
NURİYYƏ