Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
"Google" Avropa İttifaqında tətbiq edilən 4,1 milyard avroluq antinhisar cəriməsi ilə bağlı məhkəmə prosesini uduzub.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Avropa İttifaqının ən yüksək məhkəmə instansiyası "Google"un Avropa Komissiyası tərəfindən tətbiq edilən cəriməyə qarşı verdiyi apellyasiya şikayətini rədd edib.
Məhkəmə qərarına əsasən, şirkət Android əməliyyat sistemi ilə bağlı bazarda dominant mövqedən sui-istifadə etməkdə günahkar hesab olunub və 4,1 milyard avroluq cərimə qanuni sayılıb.
Qərarda bildirilib ki, "Google" və onun ana şirkəti "Alphabet"in şikayəti rədd edilir və bu, Avropa Komissiyasının qərarının qüvvədə qalmasını təsdiqləyir.
Bu qərar 2018-ci ildən bəri davam edən hüquqi mübarizənin Avropa İttifaqı tənzimləyiciləri üçün mühüm qələbəsi kimi qiymətləndirilir.