Google dan diqqətçəkən İmamoğlu “həmləsi” FOTOLAR

24.03.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs olunmasından sonra "Google" sürpriz bir addım atıb. 

"Cebheinfo.az" xəbər verir ki, axtarış platforması İmamoğlunun adının qarşısında yazılan "İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri" sözünü silib. Onun əvəzinə təqdimata "iş insanı və sabiq Bəylikdüzü Bələdiyyə sədri" yazıb. 

Bu isə təpkilərə səbəb olub. Lakin Cümhuriyyət Xalq Partiyasının (CHP) etirazlarından sonra "Google" geri addım atıb. Artıq axtarışa Əkrəm İmamoğlu yazanda yenidən "İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri" sözü qeyd olunur. Xatırladaq ki, Əkrəm İmamoğlu ötən gün həbs olunub və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью