Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İran vətəndaşlığına malik mühəndislər şirkətin ticarət sirlərini oğurlayıb İran kəşfiyyatına ötürməkdə təqsirləndirilirlər. Onların dünən saxlanıldıqları diqqətə çatdırılıb.
Şübhəli şəxslərdən ikisi: Səmanə Qəndali və Sürur Qəndali bacıdırlar. Onların "Google"dan başqa bir texnologiya şirkətində də işlədikləri, həmin şirkətin də məxfi məlumatlarını İranın xeyrinə oğurladıqları müəyyənləşib. Üçüncü şəxs – Səmanə Qəndalinin əri Məhəmmədcavad Xosrovi də əvvəlcə "Google"da, ardınca isə üçüncü bir şirkətdə işləyib. O da hər iki iş yerindən ticarət sirlərini oğurlamaqda günahlandırılır.
Məsələ ilə əlaqədar "Google" şirkəti hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Vurğulanıb ki, məxfi məlumatların oğurlandığı müntəzəm yoxlama əsnasında üzə çıxıb. Təqsirləndirilən şəxslər prosessor təhlükəsizliyi, kriptoqrafiya və s. sahələr üzrə minlərlə məxfi sənədi ələ keçiriblər.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Şübhəli şəxslərdən ikisi: Səmanə Qəndali və Sürur Qəndali bacıdırlar. Onların "Google"dan başqa bir texnologiya şirkətində də işlədikləri, həmin şirkətin də məxfi məlumatlarını İranın xeyrinə oğurladıqları müəyyənləşib. Üçüncü şəxs – Səmanə Qəndalinin əri Məhəmmədcavad Xosrovi də əvvəlcə "Google"da, ardınca isə üçüncü bir şirkətdə işləyib. O da hər iki iş yerindən ticarət sirlərini oğurlamaqda günahlandırılır.