Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
"Google" şirkəti süni intellekt (Sİ) modelləri Gemini Flash və Gemini Pro-ya giriş qaydalarını dəyişir.
Banco.az xəbər verir ki, şirkətin yardım mərkəzinin məlumatına görə, 9 oktyabrdan etibarən sözügedən modellərə giriş yalnız abunə olan istifadəçilər üçün mümkün olacaq.
Açıqlamada bildirilir ki, 2026-cı ilin oktyabrından etibarən şəxsi hesab istifadəçilərinin "Gemini" tətbiqindəki modellərə çıxış imkanları dəyişəcək. Süni intellekt abunəliyi olmayan istifadəçilər üçün yeni qaydalar oktyabrın 9-dan qüvvəyə minəcək. “AI Plus” abunəliyinə malik istifadəçilərə isə dəyişikliklərin tətbiq olunacağı vaxt barədə elektron poçt vasitəsilə məlumat veriləcək.
Abunəliyi olmayan istifadəçilər isə Gemini Flash-Lite versiyasından istifadə edə biləcəklər.
Qeyd edək ki, "Google" oktyabrın 1-də hazırda yalnız seçilmiş kibertəhlükəsizlik şirkətləri və təşkilatları üçün əlçatan olan yeni flaqman "Gemini 4 Argon" modelini təqdim edib. Məlumata görə, "Google" bu model vasitəsilə "OpenAI" və "Anthropic" də daxil olmaqla, süni intellekt sahəsindəki rəqiblərinə çatmağa ümid edir.