Google istifadəçilərinə ŞAD XƏBƏR

27.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Google hesablarında dəyişiklik etmək mümkün olacaq.
Bizim.Media xəbər verir ki, platforma istifadəçiləri hesablarını silmədən və məlumatlarını itirmədən "@gmail.com" elektron poçt ünvanlarını dəyişə biləcəklər.
 

Bu yenilik, qeyri-peşəkar istifadəçi adları seçmiş, lakin illər ərzində bütün rəqəmsal həyatını həmin hesaba bağlamış insanlar üçün böyük yenilik olacaq.


E-poçt ünvanına edilən dəyişiklik köhnə ünvanı ləğv etmir. Yəni köhnə ünvana gələn məktublar heç bir itki olmadan yeni mesaj qutusuna düşməyə davam edir.
Məlumata görə, istifadəçilər e-poçt ünvanlarını ildə yalnız bir dəfə dəyişə biləcəklər. Ümumilikdə isə bir hesabda maksimum 3 dəfə ünvan dəyişikliyi etmək mümkün olacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью