Google İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək

20.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya hakimiyyəti "Alphabet Inc"ə məxsus "Google"a qarşı vergidən yayınma təhqiqatına son qoymaq üçün addımlar atacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "MarketWatch" hakimiyyətin bəyanatına istinadən məlumat verib.

"Google"a qarşı istintaq zamanı 2015-2019-cu illərdə İtaliyada gəlir vergisinin ödənilməməsi ilə bağlı məlumatlar araşdırılıb. Səlahiyyətlilərin diqqəti reklam satışlarından əldə olunan gəlirlərə yönəlib.

"Google" işi həll etmək üçün 326 milyon avro ödəməyə razılaşıb.

Daha əvvəl şirkət vergi fırıldaqçılığı iddiaları ilə bağlı uzun müddətdir davam edən mübahisəni həll etmək üçün Fransa hakimiyyətinə 1 milyard dollardan çox pul ödəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью