Google Maps ölümə apardı: 3 nəfər həyatını itirdi

26.11.2024

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistanın Uttar Pradeş ştatında faciəvi hadisə baş verib. Google Maps-in göstərişi nəticəsində yarımçıq körpüdən keçməyə çalışan 3 nəfər avtomobilləri ilə körpünün çökən hissəsindən yıxılaraq ölüb.

News24.az xəbər verir ki, qurbanların ailələri həm səlahiyyətlilərə, həm də Google Maps-ə reaksiya veriblər:

"Yol bağlanmalı idi, amma bağlanmadı. Google Maps körpünün tamamlandığını göstərməməli idi".

Google sözçüsü isə hadisə ilə bağlı açıqlamasında deyib: “Ailələrə dərin hüznlə başsağlığı veririk. Biz problemin araşdırılmasına dəstək vermək üçün səlahiyyətlilərlə sıx əməkdaşlıq edirik”.

Hadisə ilə bağlı araşdırmalar davam edərkən, tikinti şirkətinin təhlükəsizlik tədbirləri görməməsi də tənqid hədəfidir.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью