Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin nüvə enerjisi şirkəti “Kairos Power” iki sınaq reaktorunun tikintisinə başlamaq üçün icazə alıb.
“Bakupost” xəbər verir ki, şirkət Tennessi ştatının Oak-Ridc şəhərində reaktorların tikintisi üçün ABŞ Nüvə Tənzimləmə Komissiyasından təsdiq alıb.
“Kairos Power” bu reaktorların gələcəkdə “Google”un məlumat mərkəzlərini elektrik enerjisi ilə təmin edəcək daha böyük nüvə stansiyalarının sınaq versiyası olduğunu açıqlayıb.
Şirkət “Google”a 2030-cu ildən etibarən elektrik enerjisi təmin etməyi planlaşdırır. Yeni reaktorlar su əvəzinə ərimiş duzla soyudulacaq.
Vüsalə Hüseynova,
BakuPost