Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Google” süni intellekt çiplərinin kosmos şəraitində işləməsini sınaqdan keçirmək üçün xüsusi peyk hazırlayıb.
Lent.az xəbər verir ki, şirkət “Suncatcher” layihəsi çərçivəsində TPU çiplərini Yer orbitinə göndərərək onların radiasiya, temperatur dəyişiklikləri və digər sərt şəraitdə fəaliyyətini yoxlayacaq.
Şirkətin məqsədi gələcəkdə kosmosda günəş enerjisi ilə işləyən böyük süni intellekt hesablama mərkəzləri yaratmağın mümkün olub-olmadığını araşdırmaqdır.
“Google” hesab edir ki, kosmosda günəş enerjisinin daha fasiləsiz əldə olunması böyük hesablama sistemlərinin enerji ehtiyacının qarşılanmasında yeni imkanlar yarada bilər.