“Google” süni intellektə 75 milyard dollar xərcləyəcək

05.02.2025

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Google”un əsas şirkəti olan “Alphabet” 2025-ci ildə süni intellekt (AI) texnologiyalarının inkişafına və texnologiya yarışında iştiraka 75 milyard dollara qədər xərcləməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabatda 2025-ci ildə korporasiyanın əsaslı xərclərinin tamamilə süni intellekt texnologiyalarının inkişafına yönəldiləcəyi birbaşa göstərilmir, lakin “Google”un bəyan etdiyi vəsaitin əhəmiyyətli hissəsini bu sahəyə yatıracağı ehtimal edilir.

Qeyd edək ki, “Alphabet”in 2023-cü ildə əsaslı xərcləri 32,3 milyard dollar təşkil edib./iqtisadiyyat.az

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью