Google yenə cərimələndi

18.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Google" Rusiyada növbəti dəfə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, "Google" qadağan olunmuş məzmunu silmədiyinə görə 3,8 milyon rubl cərimələnib.

Qeyd olunub ki, sentyabrın 30-da da Moskva məhkəməsi "Google"u Rusiya Federasiyasında qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə daha 3,5 milyon rubl cərimələyib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью