“Google” yeni süni intellekt modelini təqdim etdi

14.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Google” bu günə qədər ən qabaqcıl süni intellekt modeli olan "Gemini 2.0"ı təqdim etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Google” və “Alphabet”in CEO-su Sundar Pichai bununla bağlı açıqlama verib.

O açıqlamasında deyib ki, “Gemini 2.0” ilkin olaraq seçilmiş test qruplarına və “Gemini Advanced” abunəçilərinə ayda 20 dollara təklif olunacaq:

“Bu versiya ətrafınızdakı dünyanı daha yaxşı başa düşəcək. Nəzarətiniz altında sizin adınıza hərəkətə keçəcək. "Google" gələn ildən etibarən texnologiyanı “Chrome”, “YouTube” və xəritələr daxil olmaqla pulsuz xidmətlərinə inteqrasiya etməyi planlaşdırır. Təqdimat “Google”un davam edən antiinhisar iddiası ilə üst-üstə düşür. Avqust ayında bir hakim “Google”un axtarış motoru təcrübəsinin antiinhisar qanunlarını pozduğuna qərar verib və şirkəti qeyri-qanuni monopoliya kimi qələmə verib.

ABŞ Ədliyyə Departamenti noyabr ayında hakimdən şirkətin “Chrome” brauzerini satmağı rəsmi olaraq tələb edib. “Alphabet”in “Google” onlayn axtarışda monopoliyasına son qoymaq üçün məlumat və axtarış nəticələrini rəqibləri ilə paylaşmalı və digər tədbirlər görməlidir, o cümlədən satışını həyata keçirməlidir”.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью