Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa Komissiyası texnologiya nəhəngi "Google"u rəqəmsal bazar qaydalarını pozduğuna görə rekord məbləğdə cərimələyib.
"Yeni Sabah" xəbər verir ki, Avropa Komissiyası şirkətin həm Google Axtarış, həm də Google Play platformasında Rəqəmsal Bazarlar Aktının tələblərini pozduğunu açıqlayıb.
Bildirilib ki, "Google" axtarış nəticələrində öz xidmətlərinə üstünlük verərək rəqib platformaları əlverişsiz vəziyyətə salıb. Bundan başqa, "Google Play"də tətbiq hazırlayan şirkətlərin istifadəçiləri daha ucuz alternativ ödəniş və alış kanallarına yönləndirməsinin qarşısını alıb. Pepperoni pizza
Bu pozuntulara görə şirkətə ilk qayda pozuntusuna görə 460 milyon avro, ikinci pozuntuya görə isə 430 milyon avro olmaqla ümumilikdə 890 milyon avro cərimə tətbiq edilib. Avropa Komissiyası cərimənin məbləğinin pozuntuların ağırlığı və davametmə müddəti nəzərə alınaraq müəyyən edildiyini vurğulayıb.
Qurum həmçinin Google-dan bu pozuntuları aradan qaldırmağı tələb edib. Şirkət axtarış nəticələrində digər xidmətlərə öz platformaları ilə eyni və ədalətli şəkildə yanaşmalı, Google Play vasitəsilə tətbiq yayan tərtibatçılara isə istifadəçilərlə həm platforma daxilində, həm də platformadan kənarda sərbəst əlaqə yaratmağa və müqavilə bağlamağa imkan verməlidir.
"Google"un bu qərarlara 60 gün ərzində əməl etməsi tələb olunur. Əks halda şirkət qlobal illik dövriyyəsinin 5 faizinə qədər gündəlik əlavə cərimə ilə üzləşə bilər.