Googledan yeni kvant çipi: 10 septilyon il çəkəcək prosesləri dəqiqələr ərzində tamamlayır…
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Google" kvant hesablamaları sahəsində əhəmiyyətli irəliləyişi təmsil edən "Willow" adlı növbəti nəsil kvant çipini təqdim etdi.
Bu çip hətta indiki ən güclü superkompüterlərin belə tamamlanması üçün 10 septilyon il çəkəcək bir hesablamanı bir neçə dəqiqə ərzində tamamlaya bilər.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, texnologiya nəhəngi "Google" elm dünyasını heyrətə gətirən kvant hesablamaları sahəsində yeni çip hazırlayıb.
Cəmi 4 sm² ölçüsündə olan bu çip müasir dünyanın ən sürətli kompüterlərini 10.000.000.000.000.000.000.000.000 il çəkəcək əməliyyatları cəmi beş dəqiqəyə tamamlaya bilir.
Bu dövr məlum kainatın yaşından çox-çox artıqdır. Elm adamları bu fövqəladə inkişafı "ağılasığmaz" adlandırırlar.
"Willow": bəşəriyyət üçün yeni dövr "Willow" adlanan bu çip Santa Barbarada hazırlanıb.
Nanə yarpağı ölçüsündə olsa da, onun performansı kvant hesablamalarında yeni bir dövrün qapılarını açır.
Tam oxu
Xəbəri oxu