Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Google” “Gemini 4 Argon” adlı yeni süni intellekt modelini təqdim edib. Model proqramlaşdırma, uzunmüddətli mürəkkəb tapşırıqlar və kibertəhlükəsizlik üçün hazırlanıb.
“Bakupost” xəbər verir ki, “Gemini 4 Argon” hazırda geniş istifadəyə açıq deyil və ilk mərhələdə seçilmiş kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən sınaqdan keçirilir.
Model 1 milyon tokenlik çıxış limiti ilə təqdim olunub. Bu imkan uzun və mürəkkəb tapşırıqların daha az mərhələdə yerinə yetirilməsinə şərait yaradır.
“Google”un məlumatına görə, “Argon” təhlükəsizlik boşluqlarını aşkarlamaq, yoxlamaq və onların aradan qaldırılmasına kömək etmək imkanlarına malikdir.
Modelin “API” üçün ilkin qiyməti 1 milyon giriş tokeninə 2 dollar, 1 milyon çıxış tokeninə isə 10 dollar olacaq.
Vüsalə Hüseynova,
BakuPost