“Google”un Azərbaycandakı bazar payı azalıb

02.09.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 80,72 % (iyulda 81,28 % və 1 il əvvəl 89,86 %) təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 0,56 faiz bəndi, 2024-cü ilin avqust ayı ilə müqayisədə 9,14 faiz bəndi azdır. Beləliklə sistemin bazar payı 1 il əvvələ nisbətən iyulda 10,2 % azalıb.

İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 0,37 faiz bəndi, illik isə 8,49 faiz bəndi artaraq 16,77 % olub.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,08 faiz bəndi, illik isə 0,03 faiz bəndi artaraq 1,31 %-də qərarlaşıb.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,05 faiz bəndi, illik müqayisədə isə 0,38 faiz bəndi artaraq 0,58 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,05 faiz bəndi, illik müqayisədə isə 0,18 faiz bəndi artaraq 0,52 % olub.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью