Google”un süni intellekti bunu da etdi

21.09.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Süni intellektin internetdəki açıq məlumatlardan istifadə edərək istifadəçilərin bəzi məlumatlarını təxmin etdiyi üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, "Google"un süni intellekt modeli "Gemini" standart təhlükəsizlik sınağı zamanı internetdə hər kəs üçün açıq olan məlumatlardan yararlanaraq üç internet saytına daxil olmaq üçün istifadəçi məlumatlarını təxmin edib.

Məlumatı “Reuters” yayıb. pizza

"Google"un təhlükəsizlik mühəndisliyi üzrə vitse-prezidenti Hither Adkins bildirib ki, hadisə adi təhlükəsizlik sınağı zamanı baş verib. Onun sözlərinə görə, Gemini internetdə hamının əldə edə bildiyi məlumatları müəyyənləşdirib və sınaq çərçivəsində olduğu qənaətinə gəldiyi üç sayta daxil olmaq üçün istifadəçi məlumatlarını təxmin edib. Hadisədən təsirlənən üç qurum bu barədə məlumatlandırılıb. Adkins qeyd edib ki, sınaqlar zamanı tətbiq edilən dəyişikliklərlə bağlı müvafiq təlim tərəfdaşı ilə də iş aparılır.

"Google" rəsmisi baş verənlərin daha inkişaf etmiş süni intellekt modellərinin təhlükəsiz və məsuliyyətli davranması üçün düzgün şəkildə öyrədilməsinin vacibliyini göstərdiyini bildirib.

“İrregular” şirkətinin nümayəndəsi isə hadisənin digər süni intellekt laboratoriyalarında üzə çıxan oxşar problemlə əlaqəli olduğunu deyib. Onun sözlərinə görə, müvafiq laboratoriyalar vəziyyətdən iyulun sonunda xəbərdar edilib. Şirkət öz tərəfində məlum olan problemlərin bir neçə həftə əvvəl aradan qaldırıldığını açıqlayıb.

Oxşar hallar daha əvvəl “Meta”, “Anthropic” və “OpenAI” tərəfindən də açıqlanıb. “Meta” avqust ayında baş verən hadisə ilə bağlı hər hansı təhlükəsizlik sərhədinin aşılmadığını və mürəkkəb kiberhücum həyata keçirilmədiyini bildirib.

Süni intellekt sistemlərinin getdikcə daha müstəqil fəaliyyət göstərməsi, internetə və kompüter sistemlərinə çıxış imkanlarının genişlənməsi isə bu texnologiyaların istifadəsi zamanı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью