“Goplamayın, heç vaxt ailəli olmamışam” Əməkdar artist

18.11.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Heç qardaşımın uşaqları olmayanda da qulağıma çatmışdı guya evliyəm, üstəlik 3 uşağım da var”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Şölə Səfərliyeva deyib.

“Bu gün rəfiqəm məni görməyə gəlmişdi. Ordan-burdan danışdıq. Birdən qayıtdı ki, keçən dəfə bir tanış qız var, sizin qrupun qızlarını konsertdə görüb, mənə deyir ki maşallah, Şölənin uşaqları, ailəsi olsa da, nə qəşəng formadadır. Rəfiqəm də deyir, Şölə ailəli deyil axı. Bu qız isə cavabında hər dəfə məni balaca uşaqlarla yolda gördüyünü deyib. Rəfiqəm də etiraz edib, Şölə mənim dostumdur, nə evli, nə uşaqlar, qardaşının uşaqlarıdır deyə cavabını verib. Heç qardaşımın uşaqları olmayanda da qulağıma çatmışdı ki, guya evliyəm, üstəlik 3 uşağım da var. Bu yaxınlarda da biri dedi ki, kimsə ona deyib sevgilim var. Allah bilir, elə bu bilə-bilməzə şaələr gəzdirənlərə görə hələ də subay qalmışam. Ay qonşuluqda qalanlar, uzaqdan görənlər, şəxsən tanımayanlar, ay camaat, goplamayın. Heç vaxt ailəli olmamışam, övladım da yoxdur. Milləti çaşdırmayın”, - deyə o əlavə edib.

Billurə 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью