“Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir” VİDEO

20.02.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni Səidə Sultan efir məkanını və bəzi aparıcıları sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Səidə instaqramda videolar paylaşıb.
Qəzəblənən ifaçı bunları söyləyib: “Bir ildir bunlara görə efirə çıxmıram. Siz özünüzü kənardan görürsünüz? Nəyi reklam edirsiniz? Əvvəl efirə çıxmaq üçün 3 aydan bir verilişlərdə olurduq, ya da pul verirdik ki, ekranda görünək. Demirəm ki, qısa geyinməmişəm. Qısa da geyinmişəm, hər şey gözünüzün qarşısında olub. Amma bu nədir? Nə olub? TikTok-da mahnı oxuyanı efirə çıxarırsınız. Aparıcılar, hamınız səviyyəsizsiniz, savadınız yoxdur. Çıxıb dərs keçir, ağıl verir.
Azərbaycanda kişi yoxdur ki, siz çıxıb ağıl verirsiniz? Görün, kim bizə barmaq silkələyir, tərbiyə verir, qeyrət dərsi keçir, məsləhət keçir. Aparıcılar, kanallar, nə gündəsiz! Nə günə qalmısız, qıraqdan baxın, “pavyon”a oxşayırsız”.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью