“Gör kim bizə qeyrət dərsi keçib, barmaq silkələyir”

21.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bir ildir efirə çıxmıram. Bunlara görə.

Siz verilişlər özünüzü kənardan görürsünüz? Siz nəyi reklam edirsiniz? Biz bir verilişdə 3 aydan bir görünürdük. Ya da yeni vaxtlarımızda pul ödəyirdik ki, efirdə görünək. Mən qısa da, şortik də geyinmişəm. Efirdə olub, hamısını görmüsünüz. Efirdə sinəm də açılıb, istəmədiyim hallarla qarşılaşmışam. Amma bu nədir? Nə olub. Dünən TikTok-da biri mahnı oxuyur görməmiş kimi efirə çıxarırsınız. Nə olub? Aparıcılar hamınız səviyyəsizsiniz. Razısınız? Heç birinizin savadı yoxdur".

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkədə paylaşdığı videoda deyib. Sənətçi verilişlərdə yaşanan qalmaqalları, bayağı mahnı ifaçılarının piar edilməsini pisləyib:

"Kişilikdən danışırlar, barmaq silkələyirlər. Bizə, camaata ağıl verənlərə bax. Siz kimə ağıl verir, dərs keçirsiniz? Azərbaycanda kişi yoxdur ki, siz çıxıb danışrısınız? Kimə gəldi qeyri-etik söz deyirsiniz. Görün efirdə kim bizə barmaq silkələyir. Aparıcılar, kanallar siz nə gündəsiniz. Hamınız nə günə qalmısınız. Bir özünüzü kənardan görün. Sizin əlinizdən bir ildir efirə çıxmıram". (Axşam.az)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью