Goranboy rayon İcra Hakimiyyətində yeni təyinat FOTO

30.06.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Goranboy rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Şəmil Eldar oğlu Həsənəliyev Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Goranboy RİH məlumat yayıb.

Qeyd edilib ki, Şəmil Həsənəliyev 17 oktyabr 1990-cı ildə Goranboy rayonu Səfikürd kəndində doğulub. O, yeni təyinatından öncə, Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri-baş mühasib vəzifəsində işləyib.

Redaktor.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью