Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboy Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş mühasib təyin olunub.
BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məhərrəm Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hafiz Cəlilov RİH Aparatında İnzibati işlər sektorunun müdiri - baş mühasib vəzifəsinə təyin edilib.
Digər əmrlə Şahəddin Məmmədov isə mühasib vəzifəsinə təyinat alıb.