Goranboy sakini ağır sərxoşluqdan komaya düşüb vəfat etdi

29.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ağır dərəcəli sərxoşluq səbəbindən komatoz vəziyyətə düşən Goranboy sakini Gəncədə xəstəxanalardan birində dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon sakini, 1979-cu il təvəllüdlü Elçin Musayev spirtli içki qəbul etdikdən sonra ağır vəziyyətdə xəstəxanaya daxil olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью