Goranboy sakini mübahisə etdiyi həmkəndlisini avtomobillə vurdu

06.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1975-ci il K. Həzrətquliyev idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə həmkəndlisi 1974-cü il təvəllüdlü N. Abdullayevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə hadisədən əvvəl K. Həzrətquliyev ilə N. Abdullayev arasında mübahisə yaranıb.

Mübahisədən sonra K. Həzrətquliyev özünə məxsus avtomobillə həmkəndlisi N. Abdullayevi qəsdən vurub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью