Goranboy və Mingəçevirdə ictimai dinləmələr keçiriləcək

10.12.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək” layihəsi” çərçivəsində Goranboy rayonunda və Mingəçevir şəhərində ictimai dinləmələr təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair ətraflı məlumat veriləcək. Həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmələr Goranboy rayonunda dekabrın 11-i saat 14:00-da Ağsaqqallar evində (Goranboy şəhəri, Məmməd Məhərrəmov küçəsi), Mingəçevir şəhərində isə dekabrın 12-si saat 14:00-da Mingəçevir Gənclər Evinin inzibati binasında (Mingəçevir şəhəri, N. Nərimanov küçəsi 22A) keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью