Goranboya dolu düşdü FOTOLAR

15.05.2026

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Goranboya güclü yağışdan sonra dolu yağıb.

"Unikal"ın məlumatına görə. bu gün saat 15:00 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsinə bir neçə dəqiqə dolu düşüb. İlkin məlumata görə, təbiət hadisəsi zamanı meyvə ağaclarına bir qədər ziyan dəyib. Doludan sonra qəsəbəyə güclü yağış yağıb. Nəticədə qəsəbənin bəzi küçələri sel sularının altında qalıb, bəzi evlərin həyətinə sel suları dolub.

Xatırldaq ki,  hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Tural Əhmədov



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью