Goranboyda 1 əsrlik ağac aşdı FOTO

04.08.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboyda 1 əsrdən artıq yaşı olan qovaq ağacı aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Boluslu kəndində qeydə alınıb.

Kökündən qopan irigövdəli qovaq  ağacı Goranboy-Naftalan- Tərtər avtomobil yolunun kənarına düşüb. Aşan ağac böyük fəsadlara yol açmayıb.

Ağacın iri budaqları yola düşsə də adiyyatı qurumların əməkdaşları tərəfindən ərazidən yığışdırılıb.

Məlumata görə, nəhəng qovaq ağacının 110 ildən artıq yaşı var.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью