Goranboyda 22 yaşlı şəxsin meyiti tapılıb

17.09.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapılıb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Bəşirli kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Əkbər Abbasovun kəndin yaxınlığındakı əkin sahəsində meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью