Goranboyda 31 yaşlı qadın dəm qazının qurbanı oldu

08.03.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Goranboyda qadın dəm qazından boğularaq ölüb.

"Unikal"ın  məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini - 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. 31 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi yardımlarına baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью