Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə çökdü

26.11.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Lent.az xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.

Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları  və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Əraziyə hazırda tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью