Goranboyda 57 yaşlı kişini avtomobil vurdu

26.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Lent.az xəbər verir ki,  hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Xanqərvənd kəndində keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada 1967-cı il təvəllüdlü X.Hacıyevi

vurub.Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью