Goranboyda 65 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

07.03.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1960-cı il təvəllüdlü Əliyev Paşa Yaşar oğlunu elektrik cərəyanı vurub.

65 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью