Goranboyda açıq ərazidə yanğın olub FOTO

20.11.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda yanğın hadisəsi baş verib.
APA -nın yerli bürosuna məlumatına görə, hadisə rayonun Şəfibəyli kəndi ərazisində qeydə alınıb. Açıq sahədə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN -nın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Qısa müddət ərazində yanğın söndürülüb.
Güclü yanğının yaxınlıqdakı qəbiristanlığa keçməsinin qarşısı alınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью