Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

10.08.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb. 
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. 
İlkin versiyaya əsasən, qəza zamanı üç nəfər xəsarət alıb. Onların şəxsiyyəti müəyyənləşdirilir. 
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.  
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью