Goranboyda ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir KONKRET

27.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.//APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью