Goranboyda atı vuran maşın kanala DÜŞDÜ

10.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb. 22 yaşlı Murad Fəttahovun idarə etdiyi minik avtomobili gecə saatlarında qarşısına qəfil çıxan atı vurub. Daha sonra magistral yolun arakəsmə dəmirlərinə çırpılan avtomobil idarəetmədən çıxraq su kanalına düşüb.

Hadisə yerinə çağırılan təcili tibbi tardım briqadası sürücüyə tibbi yardım göstərib.

Fakt araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью