Goranboyda avtomobil aşıb ölən və xəsarət alan var

26.08.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Goranboy rayonu ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb. SİA-nın Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1989-cu il təvəllüdlü A.Həsənov aldığı xəsarətlərdən ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü F.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью