Goranboyda avtomobil atı vurub, daha sonra kanala düşüb FOTO

10.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb. 22 yaşlı Murad Fəttahovun idarə etdiyi minik avtomobili gecə saatlarında qarşısına qəfil çıxan atı vurub. Daha sonra magistral yolun arakəsmə dəmirlərinə çırpılan avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Hadisə yerinə çağırılan təcili tibbi tardım briqadası sürücüyə tibbi yardım göstərib.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью