Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Opel "markalı minik avtomobili iki iribuynuzlu heyvanı vurub.
Heyvanlar hadisə yerində tələf olub. Qəza zamanı avtomobilə də ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.